Bu gün tanınmış bir neçə dünya ulduzunun Bakıya gəlişi barədə məlumat almışıq. Lent.az-a daxil olan məlumata görə, amerikalı məşhur müğənni Ledi Qaqa və türkiyəli müğənni Tarkanı Bakıya məşhur azərbaycanlı iş adamı Telman İsmayılov dəvət edib. Bundan başqa, Eros Ramazotti, Rusiyadan məşhur qızlar qrupu da azərbaycanlı milyonerin dəvətlisi olaraq paytaxta gələcəklər.
Türkiyəli müğənnilər Hadisə Açıkgöz və Özcan Dəniz də bu gün Bakıya gələcək.
Sənətçilər Bakı səfəri üçün müxtəlif şərtlər irəli sürüblər. Onların ən kaprizlisinin isə Ledi Qaqa olduğu iddia olunub. Onun Bakıya gəlişinin iş adamına çox bahaya başa gəldiyi bildirilir.
Bakıdakı “Meridian” oteli dünəndən etibarən dünya ulduzları üçün hazır vəziyyətə gətirilib. Onların gəlişindən bir gün əvvəl Bakıya təşrif buyurmuş müğənnilərin prodüserləri artıq oteldə yerləşdirilib.
Bəzi məlumatlara görə, dünya ulduzları Bakıda azərbaycanlı iş adamının toy mərasimində iştirak etmək üçün gəliblər. T. İsmayılov müğənniləri məhz yaxın dostunun şad gününə dəvət edib.
Xəbərə görə, toyda Azərbaycan müğənnilərindən Brilliant Dadaşova, Aygün Kazımova, Röya Ayxan, Abbas Bağırov və Ramal İsrafilov iştirak edəcəklər.
Toyu isə məşhur şoumen Murad Dadaşov aparacaq. Proqrama əsasən, tanınmış müğənnilər eyni masada əyləşəcəklər. Çıxışları isə maksimum 20 dəqiqəlik həddi aşmayacaq.
Toy karnaval atmosferində olacaq.
***
Xəbər verildiyi kimi, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun toyu olacaq. Toyun dəqiq tarixi ilə bağlı dəqiq məlumatlar olmasa da, böyük əksəriyyət bunun aprelin 16-da keçiriləcəyini bildirirdi. Hətta bir çox qəzet və informasiya portalları toyun artıq baş tutduğu barədə məlumatlar yayıblar.
Şənliyin dünən keçirilməsi ilə bağlı yayılmış məlumatlar məqsədli olub, Anar Məmmədovun toyunun maraqlı detalları üzə çıxıb.
TİA.AZ xəbər verir ki, həmin məlumatlarda Ziya Məmmədovun toyunun iki saat gecikdiyi və digər mətləblərdən bəhs olunurdu. Ancaq bu yayılmış məlumatların heç də dəqiq olmadığı aydınlaşıb. TİA.AZ-a etibarlı mənbələrdən daxil olan məlumatlarda deyilir ki, Anar Məmmədovun toyu sabah, yəni aprelin 17-də «Buta Palase»də olacaq. Yayılmış məlumatlar isə məqsədli xarakter daşıyıb və bir çox məlumatlar da elə sözügedən Məmmədovlar ailəsinin yaxın adamları tərəfindən qəsdən mətbuata ötürülüb.
Mənbə TİA.AZ toyda nələrin baş verəcəyi ilə bağlı olduqca ilginc bilgilər verib. Məlumatda deyilir ki, toyun fəxri qonaqları məşhur Amerikalı müğənni Lady Gaga və türk müğənnisi Tarkan olacaqlar. Bu müğənniləri Ziya Məmmədovun oğlunun toyuna AST Telman kimi tanınan məşhur azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən hədiyyə edilib. Təkcə Lady Gaganın toya təşrif buyurmasına 10 milyon avro xərc çəkildiyi iddia olunur. Digərləri üçün isə buna nisbətdə böyük miqdarda pulların lazım gəlmədiyi deyilir.
Mənbə bildirib ki, digər qonaqlar Eross Ramazotti, Rusiyadan məşhur qızlar qrupu olacaq. Rusiyadan gələn qrupun kimliyi dəqiq məlum olmasa da, böyük ehtimalla onların «Via Qra» qrupu olacağı deyilir.
Bu əsnada məlum olub ki, türk müğənnisi Hadisə Açıkgöz dünən gecikdiyindən, bu gün Bakıdadır. Özcan Dəniz isə bu gün paytaxtımıza təşrif buyuracaq. Lady Gaganın gəlişi də aprelin 16-sı axşama təsadüf edəcək. Özünün şəxsi təyyarəsi ilə Bakı Hava Limanına enəcək Gaganı oradan xüsusi mühafizə ilə «Buta Palase»yə vertalyotla gətirəcəklər. Toyun səhərisi isə adları çəkilən müğənnilər Azərbaycanı tərk edəcəklər.
Təbii ki, toyda Azərbaycan müğənniləri də iştirak edəcəklər. TİA.AZ-a çatan məlumatda deyilir ki, həmin müğənnilər Brilliant Dadaşova, Aygün Kazımova, Röya Ayxan, Abbas Bağırov və Ramal İsrafilov olacaqlar.
Toyu isə məşhur şoumen Murad Dadaşov aparacaq. Proqrama əsasən tanınmış müğənnilər eyni masada əyləşəcəklər. Çıxışları isə maksimum 20 dəqiqəlik həddi aşmayacaq.
Məlumatlarda deyilir ki, İçəri Şəhərdə yerləşəcək «Meredian» oteli dünəndən etibarən dünya ulduzları üçün hazır vəziyyətə gətirilib. Onların gəlişindən bir gün əvvəl Bakıya təşrif buyurmuş müğənnilərin prodüsserləri artıq oteldə yerləşdirilib. Bəzi müğənnilərin isə musiqi kollektivləri də artıq Bakıdadır.
Toyun bir başqa cəhəti barədə də məlumat var. TİA.AZ-a çatan bilgilərə görə, yaşından asılı olmayaraq qonaqların hamısı məxsusi olaraq sifariş edilmiş xüsusi geyimdə olacaqlar. Kişilər qara frenç və ağ könəkdə olacaqlar. Qadınlar isə kara pencək və ağ könəkdə toya təşrif buyuracaqlar. Artıq hər bir mərasim iştirakçısına geyimlər paylanılıb. Məlumatda deyilir ki, hələ dəvətnamələr verilən zaman qonaqların ölçüləri də alınıb.
P.S. Ziya Məmmədov nəqliyyat naziri olaraq bu ölkənin ən aparıcı və varlı məmurlarından biri hesab olunur. Elə bu səbəbdən də onun tək oğul övladı üçün bu qədər bahalı toy edə biləcəyi təəccüblü deyil. Bizdən isə tək bir şey demək düşür: Allah xoşbəxt eləsin!
musavat.com-dan: Xəbərdə lent.az və tia.az-ın materiallarından istifadə olunub.