Qısa məzmunu
Dinamik inkişafda olan bank sektorunun yeni insan resurslarına ehtiyacını, habelə Azərbaycan banklarının müraciətlərini nəzərə alaraq, 2002-ci ildən etibarən ABTM-də bank sektorunda işləmək arzusunda olanlar üçün “Ümumi Bank İşi” mövzusunda uzunmüddətli sertifikatlaşmış kurslar keçirir. Kursun müddəti altı aydır və dərslər həftənın 2,4,6-ci günləri 19:00-dan 21:00‑dək həftədə üç dəfə keçirilir.
Kurs Azərbaycan dilində və Qərb standartlarına uyğun aparılır. Hər bir modul üzrə iştirakçılara tədris materialları təqdim olunur. Bundan başqa, iştirakçılarımız bank işi üzrə biliklərinin daha da artırılması üçün ABTM-nin kitabxanasından da istifadə edə bilərlər.
Kursu ABTM-nin daimi ştatda çalışan və hazırda banklarda yüksək vəzifələrdə çalışan ştatdankənar ekspertləri aparırlar.
2002-ci ildən indiyə qədər keçirilmiş “Ümumi bank işi” kurslarında iştirak etmiş dinləyicilərin 88%-i, o cümlədən 73%-i Azərbaycanda fəaliyyət göstərən banklarda, 15%-dən çoxu isə qeyri-bank sektorunda, çalışırlar.
Kurs ərzində iştirakçılar bank işinin bütün sahələri üzrə baza bilikləri, bank proqramında işləmək vərdişləri əldə edirlər.
Kursun qısa məzmunu, cədvəli və ekspertlərimiz haqqında bu internet səhifəsində tanış ola bilərsiniz.
Test prosesi:
Kurs ərzində dinləyicilər 6 dəfə testdən keçirlər. Testlər 100 baldan ibarət olmaqla keçirilən mövzular ətrafında, 6 hissəyə bölünür: 1-ci test 10 bal, 2-ci test 20 bal, 3-cü test 20 bal, 4-cü test 10 bal, 5-ci test 20 bal, 6-cı son test 20 bal.
Test “çoxçeşidli seçim” (Multiple Choice) formasında, yəni 4 cavabdan biri düz və ya səhv olmaqla, keçirilir. Hər bir düzgün cavab üçün 3 xal hesablanır, hər bir səhv cavab isə düz cavabları bir xal azaldır. Cavablandırmadığınız sual üçün isə 0 xal verilir.
Testin nəticəsi aşağıdakı kimi hesablanır:
Birinci addım: Test suallarının sayı 3 rəqəminə vurulmaqla, test üzrə müəyyən olunmuş bala bölünür və beləliklə, hər bir bala düşən xal müəyyən olunur.
İkinci addım: İştirakçınınyığmış olduğu yekun xal bir bala düşən xala bölünməklə, iştirakçının test üzrə yığdığı bal müəyyən olunur (hesablamalar onda bir dəqiqliklə aparılır).
Üçüncü addım: Bütün 6 testin nəticələri üzrə toplanmış bal toplanaraq, iştirakçının yekun balı müəyyən olunur.
Testlər bu məqsəd üçün hazırlanmış xüsusi proqram təminatının köməyi ilə aparılır.
Sertifikatlaşma prosesi:
Bütün kursların yekun nəticəsinə görə 100 ballıq şkalaya görə 75 və ondan çox bal toplayan iştirakçılara “Kursu müvəffəqiyyətlə bitirmişdir”, digərlərinə isə “Kursda iştirak etmişdir” sertifikatı təqdim olunur. Kurs qurtaran kimi, dinləyicilərin siyahısı kredit təşkilatlarına göndərilir.
Ödəniş şərtləri:
Ödəmə şərtlərinə gəldikdə, məbləğin 50%-i kurs başlayanadək, digər hissəsi isə birinci testdən əvvəl ödənilir.
Proqramla bağlı sualı olanlar ABTM-nin 497 07 10 nömrəli telefonla və ya office@abtc.az elektron ünvanla bizə müraciət edə bilərlər.
ABTM proqramın ən yüksək Qərb standartlarına uyğun aparılmasına təminat verir.
Mündərciat
Modul 1. Azərbaycanın iqtisadi və maliyyə sistemi
* İqtisadi sistemlər və onların xüsusiyyətləri
* Maliyyə sisteminin rolu və strukturu
* Bank sistemi
* Pul siyasəti
Modul 2. Bankların təşkili
* Bankların təşkili üzrə hüquqi baza
* Bankların idarəetmə və təşkilati strukturu
* Bankdaxili biznes proseslər
Modul 3. Bank məhsulları və xidmətləri
Submodul 3.1. Bank hesabları
* Bank məhsullarının anlayışı
* Məhsulların növləri
* Hesabların növləri
* Hesabların açılması qaydaları
* Hesabların növündən asılı olaraq onların açılması üçün tələb olunan sənədlərin siyahısı
* Hesabların aparılması
* Hesabların iş rejiminə nəzarət
* Hesablar üzrə əməliyyatların aparılmasına görə komisyon tariflər
* Əməliyyatlara məhdudiyyət və qadağaların qoyulması qaydalarını
* Hesabların bağlanması
Submodul 3.2. Depozitlər
* Depozitlərin qəbulu üzrə hüquqi baza
* Depozitlərin növləri
* Faizlərin hesablanması
* Depozitlərin vaxtından əvvəl götürülməsi
Submodul 3.3. Nağd əməliyyatlar
* Kassa qovşağı, mahiyyəti və tərkibi
* Mədaxil əməliyyatları
* Məxaric əməliyyatları
* Bankomatlarla iş
* İnkassasiya iş
Submodul 3.4. Nağdsız əməliyyatlar
* Nağdsız hesablaşmaların formaları
* Ödəniş tapşırıqları ilə hesablaşmalar
* İnkasso sərəncamları ilə hesablaşmalar
* İnkasso üzrə hesablaşmalar
* Akkreditiv üzrə hesablaşmalar
Submodul 3.5. Valyuta rejimi
* Valyuta qanunvericiliyi
* Fiziki və hüquqi şəxslər tərəfindən ölkəyə nağd valyutanın gətirilməsi və ölkədən aparılması
* Sahibkarlıqla məşğul olan Fiziki şəxslər və Hüquqi şəxslərə nağd daxilolmalar
* Fiziki şəxslərin köçürmələri
* Sahibkarlıqla məşğul olan fiziki şəxslər və hüquqi şəxslərin köçürmələri
Submodul 3.6. Plastik kartlar
* Tarixi
* Kartların növləri
* Kart sahibi
* Bank emitent
* Posterminallar
* Bankomatlar
* Kart əməliyyatları üzrə klirinq
Submodul 3.7. Çeklərlə əməliyyatlar
* Çeklərin növləri:
o Yol çekləri
o Adlı çeklər
* Yol çeklərinin növləri
* Yol çeklərinin ödənişi
* Yol çekinin müştəri tərəfindən itirilməsi
* Adlı çeklərin inkassoya qəbul edilməsi
* Çeklərlə aparılan əməliyyatlarda risklər
Submodul 3.8. Ödəniş sistemləri və təcili pul köçürmə sistemləri
* Beynəlxalq ödəniş sistemləri (SWIFT)
* Milli ödəniş sistemləri (AZİPS, XÖHKS)
* Milli ödəniş sistemləri ilə əməliyyatlarda Azərbaycan Mərkəzi Bankının tələbləri
* Təcili pul köçürmələri (Western Union, Money Gram, Contact, Migom və b)
* SWIFT və XÖHKS vasitəsilə ödənişlərin göndərilməsi qaydası
* Təhlükəsizlik məsələləri
Submodul 3.9. Xarici ticarətin maliyyələşməsi
* Beynəlxalq ticarət əməliyyatları
* İncoterms 2000
* Beynəlxalq ticarətin maliyyələşmə alətləri
* Akkreditivlər
* Bank zəmanətləri
Modul 4. Mühasibat Uçotunun Əsasları
* Müəssisədə maliyyə uçotunun aparılması:
o Mühasibat uçotunun məqsədi
o Mühasibat uçotunun əsas prinsipləri
o Maliyyə əməliyyatlarının aparılması qaydaları
* Müəssisənin mənfəət və zərərlər hesabatının strukturu və təhlili:
o Mənfəət və zərərlər hesabatının strukturu
o Hesablama və kassa prinsipi ilə mənfəət və zərərlər hesabatının tərtibi
o FİFO, LİFO və orta üsulla mal qalıqların uçotu qaydaları
* Müəssisənin balans hesabatlarının strukturu və təhlili:
o Balans aktivlərinin strukturu
o Balans öhdəliklərin strukturu
o Kapitalın strukturu
o Balansın tərtibi qaydaları
o Balansın təhlili qaydaları
* Müəssisənin nağd pulun hərəkəti cədvəlinin strukturu və təhlili:
o Əməliyyat fəaliyyətinin pul axınları
o İnvestisiya fəaliyyətinin pul axınları
o Maliyyə fəaliyyətinin pul axınları
o Pul vəsaitlərinin axınlarının hesabatının tərtibi
o Praktiki məşğələlər
Modul 5. Kreditləşmə
* Bank kreditinin mahiyyəti
* Kredit fəaliyyətinin təşkili:
o Kredit siyasəti
o Kredit proseduraları
* Kreditləşmə üzrə səlahiyyətlərin bölgüsü:
o Kredit Komitəsi
o Limitlər
* Kreditlərin əsas növləri:
o Biznes kreditlər
o Mikrokreditlər
o İstehlak kreditləri
* Kreditləşmə mərhələləri
* Kreditlərin qiymətləndirilməsində “6C” prinsipi:
o Şəxsiyyətin qiymətləndirilməsi
o Bacarığın qiymətləndirilməsi
o Kapitalın qiymətləndirilməsi
o Təminatın qiymətləndirilməsi
o Nəzarətin qiymətləndirilməsi
* Kreditin qiymətləndirilməsində maliyyə təhlilində pul vəsaitlərinin axınları proqnozunun rolu
* Kredit risklərinin minimallaşdırılması
* Kreditlərin sənədləşməsi və verilməsi
* Kreditin monitorinqi : növləri və formaları
* Kreditdə problemin qabaqcadan müəyyən olunması və onun aradan qaldırılması tədbirləri
* Problemli kreditlərin idarə edilməsi: sağlamlaşdırma yoxsa ləğvetmə?
* Azərbaycan Mərkəzi Bankının kreditləşmə üzrə normativ-hüquqi aktları
Modul 6. Marketinq və müştəri xidmətləri
* Bank məhsul və xidmətlərinin xüsusiyyətləri
* Marketinqin 4 P komponenti
* Müştəri seqmentasiyası
* Müştəri xidmətinin mahiyyəti
* Bank müştəri xidmətinin xüsusiyyətləri
* Satış prosesinin mərhələləri
* Satış texnologiyaları
* Çarpaz satış
* CRM
Modul 7. Biznes etika
* Biznes etikanın mahiyyəti
* Etik Dilemma.
* Etika anlayışının fəaliyyət dairəsi
* Normativ Etikanın 4 növü
* Etika: dəyərlər universal yoxsa nisbidirlər?
* Təşkilatın missiyası ilə etik davranış arasında rabitə
* Normativ Etikanın 4 növü
* Güclü mədəniyyət – canlı mədəniyyət
* Konteksti Yüksək və Konteksti Aşağı olan Mədəniyyətlər
* Bank İşində və Maliyyə Qurumları daxilində Etika
Modul 8. Bank işində risklər
* Riskin mahiyyəti
* Riskin idarə edilməsinin zəruriliyi
* Risklər üzrə Bazel Komitəsinin tövsiyələri
* Risklərin idarə edilməsi prinsipləri
* Risklərin növləri:
o Kredit riskləri
o Likvidlik riskləri
o Bazar riskləri
o Əməliyyat riskləri
o Strateji və digər risklər
Modul 9. Banklarda mühasibat uçotu və bank əməliyyatlarının virtual bankda praktiki simulyasiyası
* Banklarda mühasibat uçotu
* Bank balansının maddələri
* Bankın mənfəət və zərərlər hesabatı
* Bankın balansarxası hesabları
* Banklarda hesablama metodu
* Banklarda əsas vəsaitlərin uçotu və amortizasiyası
* Praktiki məşğələlər:
o müştəri hesablarının açılması
o müştəri modulu ilə iş
o mühasibat
o konvertasiya əməliyyatları
o manatla və valyutada köçürmələr
o sadə hesabatların hazırlanması
o “Bank gününə” daxil olan zəruri işlər